“Kəpəz” Gəncəyə gəlir
Topaz Premyer Liqasının II turunda Gəncədə AZAL-ı qəbul edəcək “Kəpəz” bu oyunun hazırlığını Bakıda davam etdirir. “Sarı-göylər”in matçdan bir gün öncəki məşqi isə Gəncədə keçiriləcək. Nizami yurdunun təmsilçisi avqustun 12-də şəhər stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Kəpəz” – AZAL görüşünün start fiti avqustun 13-də saat 17:00-da veriləcək.

Xəbər 689 dəfə oxundu.