Qəbələ - Maribor matçının vaxtı bilindi
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Sloveniyanın "Maribor" klubu arasında keçiriləcək cavab matçının vaxtı müəyyənləşib. Sözügedən qarşılaşma avqustun 25-də "Lyudski vrt" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, tərəflər arasındakı ilk görüş avqustun 18-də "Dalğa Arena"da oynanılacaq və saat 21:00-da start götürəcək.

Xəbər 776 dəfə oxundu.