Mpenza xoşbəxtliyi nədə tapdı?
“Neftçi” klubunun futbolçusu Emil Mpenza yenidən Belçika mətbuatının gündəminə düşüb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin transferə çıxardığı 34 yaşlı hücumçu özü üçün şad olan xəbəri həmkarlarımızla bölüşüb.

Lakin o, yeni klub tapmağından yox, şəxsi sevincindən bəhs edib: “Neçə vaxtdır ki, belçikalı xanımla münasibətlərim var. İndi biz uşaq gözləyirik. Körpəmiz mayda dünyaya gəlməlidir. Mən ikinci dəfə ata oluram”.
Qeyd edək ki, Mpenzanın sevgilisi Belçikada yetərincə tanınan Şana Bendir.

Xəbər 929 dəfə oxundu.