Qəbələ və Neftçinin birgə məlumatı
Mövsüm ərzində fasiləsiz olaraq oyunların təşkil edildiyi stadionlar müəyyən vaxtlarda renovasiya işləri üçün bağlanılır. Bildiyiniz kimi artıq bəzi klublarımız mövsüm bitdikdən sonra ev oyunlarını keçirdikləri stadionlarda bu işləri həyata keçirməyə başlayıblar. "Bakcell Arena”da isə renovasiya işlərinin aparılması "Neftçi” və "Qəbələ” klublarının Avropa Liqasında çıxışı səbəbindən mümkün olmamışdır. Hava şəraitinin isti keçməsi stadionda renovasiya işlərinin görülməsi zərurətini meydana çıxarmışdır.

"Neftçi” PFK və "Qəbələ” İK nümayəndələri 09.08.2016-cı il tarixində "Bakcell Arena”nın ot örtüyünə baxış keçirərək burada oyunların keçirilməsini məqsədəuyğun hesab etməmişlər. Renovasiya işləri ilə əlaqədar "Neftçi” ölkə çempionatının oyunlarını, "Qəbələ” isə Avropa Liqasının pley-of mərhələsi matçını digər stadionlarda keçirəcək.

Xəbər 653 dəfə oxundu.