Fatimə Alkərəmova: “Rioda öz nəticəmi yüksəldə bildim”
XXXI Yay Olimpiya Oyunlarının üzgüçülük yarışlarında ölkəmizi təmsil edən iki idmançıdan biri Fatimə Alkərəmova idi. Fatimə bu gün mübarizəyə qoşularaq 59,43 saniyə nəticə ilə, 48 idmançı arasında 41-ci oldu. Bu nəticəni olimpiadanın ən gənc iştirakçılarından biri olan 14 yaşlı Fatimənin özü üçün uğur saymaq olar. Yarışdan sonra gənc idmançımız www.azsport.az saytına bunları dedi:

- Mən idmanla məşğul olmağa dörd il bundan qabaq, 10 yaşımdan başlamışam. Həmin il iştirak etdiyim ilk yarışımda 3-cü olmuşam. Ondan sonra daha da həvəsləndim. Rio olimpiadası ilk ciddi sınağım idi. Həyəcanlı idim. Çünki bu yarışı milyonlarla insan izləyir. Çox sevinirəm ki, burada öz nəticəmi yüksəldə bildim. Əvvəlki nəticəmi 2 saniyə yüksəltdim. Əvvəllər 100 metr məsafəni bir dəqiqədən tez üzə bilmirdim. Mənim üçün bu yaxşı nəticədir. İdmanda əsas arzum olimpiya rekordunu yeniləməkdir. İnanıram ki, vaxt gələcək məqsədimə çatacağam.

Xəbər 2675 dəfə oxundu.