2010-cu ilin finalçıları nə qədər irəliləyə biləcəklər?
Fevralın 22-də Avropa Çempionlar Liqasında 1/8 finalın ilk oyunları başa çatacaq. İdman.com.az saytının məlumatına görə, adı çəkilən mərhələdə 2010-cu ildə bu mötəbər yarışın finalında görüşən komandalar, “İnter” və “Bavariya” səfər matçlarına çıxacaqlar.

Həmin vaxt turnirin qalibi olan “İnter”in hazırda işləri yaxşı getmir. Çempionatda son turlarda məğlubiyyətləri sıralayan Milan təmsilçisinin hətta mükafatçılar sırasına düşməyi çətin görünür.
“Bavariya”nın “Bazel”lə sınağı az maraq doğurmur. İlk baxışdan münhenlilər bu cütün aşkar favoritidir və ilk dəfə pley-offa çıxan İsveçrə təmsilçisinə qalib gəlməkdə çətinlik çəkməməlidir.

Çempionlar Liqası. 1/8 final mərhələsinin oyunları
22 fevral

23:45. “Bazel” (İsveçrə) – “Bavariya” (Almaniya)
23:45. “Marsel” (Fransa) – “İnter” (İtaliya)

Xəbər 1140 dəfə oxundu.