Bu gün Avroliqada da həyacan başlayır
Fevralın 22-də Avroliqada 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, turnirin son qalibi “Portu” komandası titulunu qorumağa çalışacaq.

Hər halda, Pireney təmsilçisi İngiltərə Premyer Liqasının lideri olan “Mançester Siti”ni mübarizədən kənarlaşdırmaq üçün səfərdə ona 2 top fərqi ilə qalib gəlməlidir. Evdəki məğlubiyyətdən sonra bunun gerçəkləşməyi az inandırıcıdır.
Qeyd edək ki, bu mərhələnin qalan cavab matçları sabah keçiriləcək.

Avroliqa. 1/16 final mərhələsinin cavab oyunu
22 fevral

21:00. “Mançester Siti” (İngiltərə) – “Portu” (Portuqaliya)
İlk oyun – 2:1

Xəbər 1002 dəfə oxundu.