Albert Səlimov 1/4 finalda
Rioda Yay Olimpiya Oyunları davam edir.

Növbəti yarış günündə Azərbaycanın boks yığmasının daha bir üzvü rinqə çıxıb.

60 kq çəki dərəcəsində yarışan Albert Səlimov İrlandiya təmsilçisi Oliver Coysla qarşılaşıb. Boksçumuz bu döyüşdə hər üç raundu qələbə ilə başa vurub və adını 1/4 finala yazdırıb.

Xəbər 642 dəfə oxundu.