Sumqayıt Qarabağla oyuna hazırlaşır
Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayan "Sumqayıt" 2-ci turda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığını davam etdirir. Sözügedən komanda axşam "Sumqayıt Arena"da növbəti məşqini keçirib.

Yüngül zədəsi olan Afşin İsmailzadə tam sağalaraq artıq kollektivə qoşulub. Mikayıl Rəhimov, Bəxtiyar Həsənalızadə və Məhəmməd Qurbanov isə zədəli olduğu üçün məşqlərə qatılmayıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunun başlama saatı da artıq müəyyənləşib. Avqustun 11-də "Sumqayıt Arena"da baş tutacaq görüş saat 19:00-da başlayacaq. Bu komandaların əvəzediciləri isə bir gün əvvəl saat 17:00-da üz-üzə gələcək.

Xəbər 649 dəfə oxundu.