“Azərbaycanla oyun təcrübə artımına kömək edəcək”
“Omanla yoldaşlıq oyunu Asiyanın Çellenc kubokuna hazırlığın ayrılmaz hissəsidir”. İdman.com.az saytının məlumatına görə, bu sözü Hindistan milli komandasının baş məşqçisi Savio Medeyra deyib. 47 yaşlı mütəxəssis fevralın 27-də Azərbaycan milli komandası ilə keçiriləcək yoldaşlıq oyununun əhəmiyyətindən danışıb:

“ Lakin bununla kifayətlənməyib daha 1 qarşılaşmada qüvvəmizi sınayacağıq. Həmin matç fevralın 27-də Azərbaycana qarşı olacaq. Hər 2 qarşılaşma bizim inkişaf səviyyəmizi dəyərləndirməyə imkan verəcək. Dubayda əla hazırlıq keçmişik. İndi yalnız oyunlara toparlanmaq qalıb”.
Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Dubaya yollanıb.

Xəbər 892 dəfə oxundu.