Favoritlər ilk oyunda büdrədilər
Dünən Avropa Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 matç keçirilib. İdman.com.az saytının məlumatına görə, fərqli saatlarda başlayan görüşlərdə favoritlər qonaq qismində çıxış ediblər. Amma maraqlıdır ki, baş mükafata iddiaçılar adlarına və səviyyələrinə uyğun oyun oynamayıblar.

Ulduzlar toplusu «Real» şaxtalı Rusiyaya səfərindən 1 xalla dönüb. SSKA heç-heçəni son dəqiqədə edib. London
«Çelsi»si son zamanlar toparlaqnaraq əski günlərinə qayıtmaq istəyən «Napoli»yə ciddi müqavimət göstərə bilməyib. İtaliya klubu doğma arenada sərfəli nəticə qazanıb.

Çempionlar Liqası.
1/8 final mərhələsinin ilk oyunları
21 fevral

“Napoli” (İtaliya) – “Çelsi” (İngiltərə) - 3:1
Lavessi, 38; 65; Kevani, 45 - Mata, 27

SSKA (Rusiya) – “Real”M (İspaniya) - 1:1
Vernblum, 90 - Ronaldu, 27

Xəbər 959 dəfə oxundu.