“Rio-2016”da 29 ölkənin idmançıları mükafatçılar sırasında yer alıblar
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ikinci günündən sonra yarışlarda 29 ölkədən idmançılar fərqləniblər.

Hesabında 3 qızıl, 5 gümüş və 4 bürünc medal olan ABŞ cədvələ liderlik edir. Üç qızıl, iki gümüş, üç bürünc medalla Çin ikinci, 3 qızıl və 3 bürünc medalla Avstraliya üçüncü pillədə qərarlaşıb.

İlk onluğu İtaliya (2-3-2), Koreya Respublikası (2-2-1), Macarıstan (2-0-0), Rusiya (1-2-2), Böyük Britaniya (1-1-0), İsveç (1-1-0) və Yaponiya (1-0-6) tamamlayır.

Xəbər 1228 dəfə oxundu.