Azərbaycan avarçəkənləri “Rio-2016”nın yarımfinalına yüksəliblər | |
“Rio-2016”nın avarçəkmə yarışlarına Azərbaycan idmançıları uğurla başlayıblar. İki min metr məsafəyə ikinəfərlik qayıqla yarışda Aleksandr Aleksandrov-Boris Yotov ilk yürüşdə Kuba, Yeni Zelandiya, Böyük Britaniya və İtaliyadan olan rəqibləri ilə mübarizə aparıb. Təmsilçilərimiz 6 dəqiqə 40.52 saniyəlik nəticə ilə yürüşü ikinci sırada başa vuraraq yarımfinala yüksəliblər. |
|
Xəbər 2239 dəfə oxundu. |
|
|