«Ay-ulduzlular»ımız bu gün Dubaya yola düşür
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçəcək Azərbaycan millisi komandası bu gün Bakını tərk edir. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts və futbolçularımız saat 10:00-da Bakı-Dubay reysi ilə Ərəbistan yarımadasına yollanacaq.

«Ay-ulduzlular»ımız martın 1-dək davam edəcək hazırlıq müddətində «Movenpick hotels @ Resports» mehmanxanasında məskunlaşacaq.
Qeyd edək ki, seçməmiz Dubayda 3 yoldaşlıq oyunu keçirəcək. Komandamız fevralın 24-də Sinqapur, 27-də Hindistan, 29-da isə Fələstinlə qarşılaşacaq.

Xəbər 1228 dəfə oxundu.