Premyer Liqada yeni mövsüm başlayır
Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümü start götürür. İlk turun ilk oyun günündə iki görüş baş tutacaq.

Meydana öncə iki paytaxt klubu - AZAL və "Neftçi" çıxacaq.

Günün digər görüşündə isə "Zirə" ilə "Sumqayıt" qarşılaşacaq.

Azərbaycan Premyer Liqası
1-ci tur
6 avqust (şənbə)

18:00. AZAL - “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə.
Şüvəlan. "AZAL Arena".

20:00. “Zirə” - “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

Turun digər oyunları: 7 avqust (“İnter” – “Qarabağ”), 8 avqust (“Qəbələ” – “Kəpəz”).

Xəbər 661 dəfə oxundu.