Universiada-2013-ün büdcəsi 130 milyard rubldur
Gələn il Kazanda keçiriləcək yay universiadansıın büdcəsi 130 milyard rubl təşkil edəcək. İdman.com.az saytının məlumatına görə, bunun 10,5 milyardı birbaşa oyunların keçirilməsinə sərf ediləcək. Tələbə olimpiadasının icra müdiriyyətinin baş direktoru Vladimir Leonova «RİA Novosti» agentliyinə deyib ki, büdcənin formalaşdırılması çox mürəkkəb prosesə çevrilib. Çünki hazırlıq işləri bir mənbədən maliyyələşməyəcək.

Qeyd edək ki, oyunlar 2013-cü il iyulun 6-dan 17-dək keçiriləcək və 27 növ üzrə yarışlarda qalib və mükafatçılar müəyyənləşəcək. Ümumən 341medal dəsti uğrunda mübarizə aparılacaq. Gələn ilin əvvəlində yarışın təşkilati işlərinə ayrılan vəsait artılıra ğbilər. Lakin Leonovun fikrinə görə, bu rəqəmlər o qədər çox olmayacaq: «məncə, artım 10-15 faizdən artıq olmayacaq».

Xəbər 1401 dəfə oxundu.