Həkimlər Peleyə Olimpiya məşəlini alovlandırmağa icazə verib
Pelenin səhhəti avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində məşəli alovlandırmağa imkan verir.

Braziliyalı futbol kralının həkimləri onu müayinə etdikdən sonra belə qənaətə gəliblər.

2012-ci və 2015-ci illərdə ABŞ-da əfsanəvi futbolçunun onurğa sütununda endoprotez implantasiya edilib. Hazırda 75 yaşlı Pele çəliksiz hərəkət edə bilmir.

Olimpiadanın açılış mərasimi avqustun 5-də Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

AZƏRTAC

Xəbər 685 dəfə oxundu.