Qarabağ Şkendiyaya, Qəbələ Fənərbaxçaya rəqib ola bilər
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılır. İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ”nin də rəqibləri bəlli olacaq.

Artıq təmsilçilərimizin potensial rəqiblərinin yekun siyahısı müəyyənləşib.

Səpələnmişlər sırasında olan “Qarabağ” “Şkendiya” (Makedoniya), “İstanbul Başakşehirspor” (Türkiyə), “Göteborq” (İsveç), “Srvena Zvezda” (Serbiya), “Hayduk” (Xorvatiya), “Sonderyuske” (Danimarka) ilə qarşılaşa bilər.

Səpələnməmişlər sırasında yer alan “Qəbələ” isə “Anderlext” (Belçika), “Vest Hem” (İngiltərə), “Krasnodar” (Rusiya), “Maribor” (Sloveniya), “Fənərbaxça” (Türkiyə), “Panatinaikos”la (Yunanıstan) qarşılaşa bilər.

Xəbər 684 dəfə oxundu.