«Rio-2016»: Olimpiya şəhəri necə seçimişdi
Bu böyük yarışa şəhər seçimi 2007-cu ildə başlanmışdı. O vaxt Bakının da iştirak etdiyi yürüşə Doha (Qətər), Madrid (İspaniya), Praqa (Çex Resp.), Tokio (Yaponiya), Çikaqo (ABŞ) və Sankt-Peterburq da (Rusiya) qoşulmuşdu. Bir il sonra Rio ilə yanaşı, onlardan 3-ünə həlledici səsvermədə iştirak etməyə icazə verildi. 2009-cu il oktyabrın 2-də Danimarka paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 121-ci Sessiyasında 3 turdan ibarət gərgin mübarizənin 1-ci mərhələsində Çikaqo 18 səslə mübarizədən kənarlaşdı (Madrid - 28 səs, Rio - 26, Tokio - 22). İkincidə Rio Çikaqonun səslərinin də böyük qismini əldə edərək, 46 səslə favoritə çevrildi (Madrid - 29 səs, Tokio - 20). Sonuncu səsvermədə Rio (66 səs) Madridə (32 səs) iki dəfədən böyük üstünlüklə qalib gəldi. Beləliklə, məşhur ədəbi qəhrəman Ostap Benderin "Arzular şəhəri" 5-ci cəhdində (buna qədər 1936-cı, 1940-cı, 2004-cü və 2012-ci illərdə) bu böyük festivalı ilk dəfə Cənubi Amerikaya dəvət edə bildi.

Xəbər 738 dəfə oxundu.