Qarabağın potensial rəqibləri
Sabah Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Azərbaycanı bu turnirdə təmsil edəcək "Qarabağ"ın da rəqibi bilinəcək.

Qeyd edək ki, "Qarabağ" kimi, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsini məğlub başa vuran daha 14 komanda artıq Avroliqanın pley-offundakı mübarizəni gözləyir. Həmin klublar bunlardır: "Fənərbaxça" (Türkiyə), "Şaxtyor" (Ukrayna), PAOK, "Olimpiakos" (hər ikisi Yunanıstan), "Anderlext" (Belçika), "Sparta" (Çexiya), "Astana" (Qazaxıstan), "Astra" (Rumıniya), "Partizani" (Albaniya), "Trençin" (Slovakiya), BATE (Belarus), "Rusenborq" (Norveç), "Dinamo" (Gürcüstan), "Srvena Zvezda" (Serbiya).

Bu klublara Avropa Liqasının üçüncü təsnifat mərhələsini qalib başa vuracaq komandalar da qoşulacaq. Hansı ki, onların arasında səfərdə Fransanın "Lill" klubu ilə 1:1 bərabərə qalmış və bu gün cavab oyununu keçirəcək "Qəbələ" də var.

Xəbər 679 dəfə oxundu.