Çimərlik futbolu üzrə Azərbaycan millisi Bolqarıstan, Danimarka və Macarıstan yığmaları ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-dan 15-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək.

Millimizin oyunlarının təqvimi müəyyənləşib.

Futbolçularımız avqustun 12-də Bolqarıstan, bir gün sonra Danimarka, avqustun 14-də isə Macarıstan yığması ilə qarşılaşacaq.

İlk iki oyun Bakı vaxtı ilə saat 14:15-də, üçüncü qarşılaşma isə 19:00-da başlayacaq.

Xəbər 781 dəfə oxundu.