Qəbələ - Lill matçına 5500 bilet satılıb
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Fransanın "Lill" klubu arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Ötən günə qədər 5500 bilet satılıb.

Bu gün də davam edəcək bilet satışında artım olacağı istisna deyil.

Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı saat 21:00-da start götürəcək.

Xəbər 641 dəfə oxundu.