Azərbaycan millisinin “Prezident kuboku” turniri üçün heyəti açıqlanıb
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.

Yığmamızın turnir üçün heyəti açıqlanıb.

Heyətdə Samir Oruclu, Nicat Mehbalıyev (hər ikisi “İnter”), Bəşir Ayralov, Elton Əlibəyli, Fərid Mahmudov (hər üçü “Neftçi”), Xəqani Sadıqov (“Xəzər-Lənkəran”), Turan Vəlizadə (“Fənərbağça”, Türkiyə), Zahid Mərdanov, Şakir Seyidov, Marat Əzizov (hər üçü “Vətən”), Kamran Quliyev, İzzət Muştaqov, Məhəmməd Məhərrəmov, Samir Qurbanov, Vüsal Mustafayev, Məhəmməd Abbaslı (hamısı “Qəbələ”), Məhəmməd Can Tuncer (“Altınordu”, Türkiyə) və Emil Rzayev (“Sumqayıt”) yer alıblar.

Xəbər 626 dəfə oxundu.