Cavadov kiminlə barışmağa hazırdır?
Azərbaycan yığmasının heyətindən kənarlaşdırılan Vaqif Cavadov maraqlı açıqlamaları ilə diqqət çəkib. İdman.com.az saytı day.az radiosuna istinadən xəbər verir ki, "Qarabağ" klubunun hücumçusu baş məşqçi Berti Foqtsla barışmağa hazır olduğunu bildirib: "Foqtsla barışmağa hazıram. Ona görə yox ki, Foqts DÇ-2014-ün seçmə mərhələsində də Azərbaycan millisini çalışdıracaq. Mən bu addımı yalnız milli komanda üçün atacağam. Qoy, AFFA mənim sözlərimi nəzərində saxlasın".
Qeyd edək ki, Vaqif AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda baş tutan Avstriya ilə görüşdən (1:4) sonra Azərbaycan millisinin heyətindən kənarlaşdırılmışdı.

Xəbər 1031 dəfə oxundu.