Orxan Hacıyev özünə yeni klub tapıb

Basketbol üzrə Azərbaycan yığmasının sabiq basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb. O, Türkiyənin "Qalatasaray Odeabank" klubu ilə müqavilə imzalayıb.

1989-cu ildə Bakıda anadan olan və 2.03 metr boya malik basketbolçumuz son mövsümü "Acıbadəm Universiteti"ndə keçirmişdi.

Qeyd edək ki, Türkiyə vətəndaşlığı olan Hacıyevin peşəkar karyerası elə qardaş ölkə təmsilçiləri ilə bağlıdır. "Anadolu Efes"in yetirməsi olan Orxan "Pertevniyal", "Darüşşafaka", "Türk Telekom", "Aliağa Petkim", "Uşak Sportif" kimi klublarda da forma geyib.

Xəbər 1215 dəfə oxundu.