Kəpəz ilk turun hazırlığına başlayır
Topaz Premyer Liqasının yeni mövsümünün ilk turunda səfərdə “Qəbələ” ilə üz-üzə gələcək “Kəpəz” bu gün qarşıdakı oyunun hazırlığına start verəcək. “Şərurspor” ilə yoxlama matçından sonra bir günlük istirahətə buraxılan komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək. Hazırlıq prosesi saat 17:30-a təyin olunub.

Xəbər 850 dəfə oxundu.