“Valensiya” klubu Martin Montoyanı heyətinə cəlb edib
İspaniyanın “Valensiya” klubu “Barselona”nın futbolçusu Martin Montoyanı heyətinə cəlb edib.

25 yaşlı müdafiəçi ilə dördillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan ispaniyalı futbolçu daha əvvəl “İnter” və “Betis”də icarədə oynayıb.

Xəbər 983 dəfə oxundu.