UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn 5 komanda müəyyənləşib
UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk cavab görüşləri oynanılıb.

İlk oyun günündə 5 qarşılaşma keçirilib.

“Dandalk” (İrlandiya) gözlənilmədən BATE-yə (Belarus) (3:0; 0:1 ) şok yaşadıb. APOEL də pley-offa eyni hesablı (3:0; 0:1) qələbə ilə yüksəlib. Kipr təmsilçisi Norveç “Rusenborq”una qolların hamısını uzatma dəqiqələrində vurub. Bolqarıstanın “Ludoqorets” komandası isə Serbiyada “Srvena Zvezda”nı əlavə vaxtda vurduğu 2 qolla (2:4; 2:2) keçib.

Zaqreb “Dinamo”su hər iki matçda Tbilisi “Dinamo”su (1:0; 0:2) üzərində qələbə qazanmaqla mərhələ adlayıb.

“Qarabağ” kimi Çempionlar Liqası ilə vidalaşan digər dörd komanda mübarizəni Avropa Liqasında davam etdirəcək. Tbilisi “Dinamo”su, BATE, “Rusenborq”, “Srvena Zvezda” qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçimizin potensial rəqibləri olub.

Qeyd edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin digər qarşılaşmaları bu gün keçiriləcək.

Xəbər 744 dəfə oxundu.