Lill Bakıya gəldi | |
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubu Bakıya gəlib. Komandamızın rəqibi bu gün səhər saatlarında Azərbaycana təşrif buyurub. 10:00-da paytaxta çatan fransızlar dərhal məskən seçdikləri otelə yerləşiblər. Rəqib komanda axşam saatlarında matçın keçiriləcəyi "Bakcell Arena"da son məşqinə çıxacaq. Qeyd edək ki, Fransada 1:1 hesablı bərabərliyə razılaşan bu komandaların cavab dueli sabah saat 21:00-da start götürəcək. |
|
Xəbər 674 dəfə oxundu. |
|
|