Qarabağ ÇL-də mübarizəni dayandırdı
Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi - "Qarabağ" da növbəti matçına çıxıb.

Azərbaycan çempionu Çexiya "Viktoriya"sı ilə mübarizə aparırdı. Səfərdə baş tutan ilk oyunda qolsuz heç-heçəyə razılaşan Ağdam təmsilçisi cavab qarşılaşmasında mütləq qələbə qazanmalıydı. Çünki istənilən qollu heç-heçə rəqibin mərhələ adlamasına şərait yaradırdı. "Qarabağ" yalnız qolsuz heç-heçə sayəsində oyunu penaltilərə daşıyıb, bu yolla uğura ümid edə bilərdi.

Qarşılaşma komandamız üçün yaxşı başladı. İlk yarıda qol da vuran təmsilçimiz matçın sonlarına qədər mərhələ adlamağa çox yaxın idi. Lakin təəssüf ki, sona beş dəqiqə qalmış çexlərin vurduğu qol Ağdam klubunun arzularının üstündən xətt çəkdi. Matçda başqa qol olmayınca, "Qarabağ" ÇL-də mübarizəni dayandırmalı oldu.

Qeyd edək ki, ÇL-də mübarizəni dayandırsa da, "Qarabağ" bundan sonra Avroliqanın pley-off mərhələsində çıxış edəcək.

UEFA Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsinin cavab oyunu
2 avqust

“Qarabağ” - “Viktoriya” - 1:1 (1:0)
Qollar: M.Muarem, 28 (1:0). M.Krmençik, 85 (1:1).
Sarı vərəqə: M.Medvedev, 27. M.Duriş, 69. Q.Qarayev, 72. Mişel, 87. M.Krmençik, 90+2.
Hakimlər: Hüseyin Gökçek, Mustafa Əmrə Eyisoy, Kamal Yılmaz, Bariş Şimşək (hamısı Türkiyə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 0:0.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Mişel, 9. Reynaldo, 10. Muarem Muarem (22. Əfran İsmayılov, 70), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (32. Elvin Yunuszadə, 84), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana (67. Əlhərbi Əl-Jadeyui, 82).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
"Viktoriya": 1. Matuş Kozaçik, 2. Lukaş Heyda, 3. Aleş Mateju, 4. Roman Hubnik (k), 7. Tomaş Horava, 8. David Limberski, 11. Milan Petrjela, 12. Mixal Duriş (23. Marek Bakoş, 79), 17. Patrik Hroşovski, 19. Yan Kovarik (10. Yan Kopiç, 57), 26. Daniel Kolar (15. Mixael Krmençik, 63).
Ehtiyat oyunçular: 13. Petr Bolek, 14. Radim Reznik, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera.
Baş məşqçi: Roman Pivarnik.

Xəbər 684 dəfə oxundu.