“SUN+CUP 2016” adlı voleybol turniri keçirilib
"Gazelli Group" şirkətinin təşkilatçılığı ilə "SUN+CUP 2016" adlı voleybol turniri keçirilib.

Turnirdə Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslər öz aralarında mübarizə aparıblar. "Qazilər" komandası 2:1 hesabı ilə turnirin qalibi olub. Sonda yarışın bütün iştirakçılarına "SUN+Cup" loqotipi ilə medallar və şirkətin məhsulları hədiyyə olunub, qalib komandaya isə kubok təqdim edilib.

"Gazelli Group"un ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib ki, turnirin keçirilməsində məqsəd paralimpiyaçılarımıza dəstək vermək, onların cəmiyyətin çox vacib üzvləri olduğunu bir daha xatırlatmaqdır.

Xəbər 821 dəfə oxundu.