“Qəbələ”-“Lill” oyununu rusiyalı hakimlər briqadası idarə edəcək
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə “Lill” (Fransa) komandaları arasında keçiriləcək cavab oyununu rusiyalı hakimlər briqadası idarə edəcək.

Avqustun 4-də oynanılacaq görüşün baş hakimi Aleksey Yeskovdur. Ona yan xətt hakimləri Dmitri Mosyaqin və İqor Demeşko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev yerinə yetirəcək.

Matç saat 21:00-da “8-ci kilometr” qəsəbə stadionunda başlayacaq.

İyulun 28-də Lill şəhərində komandalar arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Xəbər 674 dəfə oxundu.