Baretta «Çezena»nın yeni baş məşqçisidir
İtaliya «A» Seriyasında uğursuz çıxışlara görə Daniele Arriqoni baş məşqçi vəzifəsindən çıxarılıb. İdman.com.az saytının məlumatına görə, onu 52 yaşlı Mario Barretta əvəz edcək. Sonuncu iş yeri «Breşia» olan Baretta ilə müqavilə iyun ayına qədər olacaq. Lakin klubun elitadakı yerini qoruması çox müşkül məsələyə bənzəyir. Hazırda «Çezena» 16 xalla turnir cədvəlinin son pilləsində qərar tutub.

Xəbər 1097 dəfə oxundu.