Qarabağ və Qəbələnin növbəti rəqibləri nə vaxt bilinəcək?
UEFA Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkatmasının atılacağı tarix müəyyənləşib. ÇL-in pley-offunun püşkatma mərasimi avqustun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Avroliqanın püşkü isə bundan bir saat sonra başlayacaq.

Qeyd edək ki, Azərbaycanı ÇL-də "Qarabağ", Avroliqada isə "Qəbələ" təmsil edir. Ağdam klubu səfərdə qolsuz bərabərə qaldığı Çexiya "Viktoriya"sını bu gün Bakıda qəbul edəcək. "Qəbələ" isə Fransanın "Lill" klubu ilə səfərdə 1:1-lik heç-heçəyə imza atıb və bu rəqibi ilə avqustun 4-də cavab matçına çıxacaq.

Xəbər 874 dəfə oxundu.