Landini Koyo əvəzlədi
Liberiya Futbol Federasiyası millinin baş məşqçisi Roberto Landini istefaya göndərib. İdman.com.az saytı İANS agentliyinə istinadən xəbər verir ki, 56 yaşlı italiyalı mütəxəssisin rəhbərliyi ilə komanda 8 matçda cəmi 2 qələbə qazanmışdı. Cəmi bir həftədən sonra keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsində Namibiyaya qarşı oyunda milli komandanı meydana Tomas Koyo çıxaracaq.

Xəbər 875 dəfə oxundu.