Velosipedçimiz Çindəki beynəlxalq yarışı 2-ci sırada başa vurub
Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının ikinci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü yekunlaşıb.

13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın “Synergy Baku” kontinental komandasının təmsilçisi də yer alıb.

Yarışın dördüncü və on ikinci mərhələlərində ikinci olan və son mərhələ öncəsi ümumi təsnifatda ikinci yerdə qərarlaşan komandamızın üzvü Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb. Bununla o, yarışın qalibi, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda turnirin ikincisi olub. Bu uğurla təmsilçimiz aktivinə 150 UCİ xalı yazıb.

Xəbər 754 dəfə oxundu.