İlk “altılığ”da rəqabət daha gərginləşib
Unibank Premyer Liqasında XXI tur başa çatıb. İdman.com.az saytının məlumatına görə, 2-ci oyun günü meydan sahibləri üçün düşərli olub. Belə ki, hər 3 matçda qonaqlar xalsız qalıblar.
“Neftçi” klubu doğma divarlar arasında “Rəvan”ı minimal nəticə ilə üstələyərək, yenidən 1-ci pillədəki yerinə qayıdıb. Qəbələnin eyni adlı komandası evdə “Xəzər Lənkəran”a qalib gəlib. Bu uğur ilk “altılığ”da daxili rəqabəti daha gərginləşdirib. AzAL klubu öz meydanında “Turan”ı çətinliklə məyus edib, mükafatlar uğrunda mübarizə aparmaq şansını, nəzəri də olsa, saxlayıb.

21 fevral (çərşənbə axşamı)

“Neftçi” – “Rəvan” - 1:0
Qol: Flavinyu, 83
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

AzAL - "Turan" - 3:2
Qol: Zohair Benouahi, 1; 70; Georgi Bogihi, 78 - Nadir Nəbiyev, 38; Rəşid Həsənov, 90+3
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
AzAL Arena

“Qəbələ” – “Xəzər Lənkəran” - 2:1
Qol: Aleksandr Çertoqanov, 42; Deon Barton, 90 - Rahid Əmirquluyev, 25
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Qəbələ, Böyük Əmili kənd stadionu

Xəbər 1075 dəfə oxundu.