Premyer Liqada ilk 3 turun oyun cədvəli
Peşəkar Futbol Liqasının rəsmi saytı Topaz Premyer Liqasının 2016/2017-ci illər mövsümünün ilk 3 turunun oyun cədvəlini təqdim edib. Premyer Liqanın tam təqvimi isə avqustun 25-dən sonra müəyyənləşəcək.

Buna səbəb “Qarabağ” və “Qəbələ” klublarının avrokuboklarda çıxışını davam etdirməsidir. Nəticələrə uyğun olaraq, Premyer Liqanın tam təqvimi tərtib olunacaq.

Topaz Premyer Liqasının təqvimi

2016-cı il

2 avqust
Çempionlar Liqası (3-cü təsnifat mərhələsi)

“Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)

4 avqust
Avropa Liqası (3-cü təsnifat mərhələsi)

“Qəbələ” (Azərbaycan) – “Lill” (Fransa)

Birinci dövrə

I tur
6 avqust (şənbə)

1. AZAL PFK (Bakı) – “Neftçi” PFK (Bakı)
2. “Zirə” PFK (Bakı) – “Sumqayıt” FK (Sumqayıt)

7 avqust (bazar)

3. “Qəbələ” İK (Qəbələ) – “Kəpəz” PFK (Gəncə)
4. “Qarabağ” FK (Ağdam) – “İnter” PİK (Bakı)

II tur

11 avqust (cümə axşamı)

5. “Sumqayıt” FK – “Qarabağ” FK

12 avqust (cümə)

6. “İnter” PİK – “Qəbələ” İK

13 avqust (şənbə)

7. “Kəpəz” PFK – AZAL PFK

14 avqust (bazar)

8. “Neftçi” PFK – “Zirə” PFK

16- 18 avqust

Çempionlar Liqası və Avropa Liqası (pley-of)

III tur

19 avqust (cümə)

9. “Zirə” PFK – AZAL PFK

10. “İnter” PİK – “Kəpəz” PFK

20 avqust (şənbə)

11. “Qarabağ” FK – “Neftçi” PFK

21 avqust (bazar)

12. “Qəbələ” İK – “Sumqayıt” FK

Qeyd: 20, 21 avqust 2016-cı il tarixində keçiriləcək “Qarabağ” – “Neftçi” və “Qəbələ” – “Sumqayıt” matçlarının günü klublarımızın avrokuboklardakı oyunlarına görə dəyişdirilə bilər.

Xəbər 880 dəfə oxundu.