Samir Məsimovun klubundan sensasiya
Azərbaycanlı futbolçu Samir Məsimovun komandası - Sloveniyanın "Domjale" klubu Avropa Liqasında növbəti matçını keçirib. Sözügedən komanda turnirin üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində ötən gecə doğma meydanda İngiltərənin "Vest Hem" klubunu qəbul edib.

Qarşılaşma 2:1 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Amma Məsimov bu görüşün iştirak ərizəsində yer almayıb.

Xəbər 795 dəfə oxundu.