Qəbələ kamerunlu forvardı almaqdan imtina etdi
"Qəbələ" bir müddət öncə razılığa gəldiyi, hətta ölkəmizə dəvət etdiyi kamerunlu hücumçu Marsel Essombeni transfer etməkdən imtina edib. 28 yaşlı futbolçu tibbi müayinədən uğurla keçə bilməyib.

Zədəsi aşkarlanan futbolçu dərhal geri qaytarılıb. Bu üzdən də "Qəbələ" hazırda başqa hücumçu axtarışına çıxıb.

Xəbər 664 dəfə oxundu.