Erik Botok: Qəbələyə qalib gəlməyi çox istəyirdik
Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Erik Botok Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. O, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Nəticəyə görə məyusuq. Çünki qələbə qazanmağı çox istəyirdik. Lakin onu da unutmaq lazım deyil ki, futbolçularımızın çoxu əvvəllər avrokuboklarda çıxış etməyiblər. Buna görə də müəyyən həyəcan hiss olunurdu. Matçın əvvəli bizim üçün daha çətin oldu. Lakin buraxılan qolun əvəzini çıxa bildik. Daha çox qol vura bilməməyimiz məyusluq doğurur. Bunun üçün yetərincə şansımız oldu. Cavab oyununa uğur qazanacağımız inamı ilə yollanacağıq. Növbəti mərhələyə adlamaq lazımdır. Bunu etməyə borcluyuq".

Xəbər 721 dəfə oxundu.