Baqali Dabo: Belə rəqiblə səfərdə heç-heçə yaxşı nəticədir
"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri səfər oyunundan (1:1) sonra fikirlərini bölüşüb. O, bunları söyləyib:

"Lill" kimi komanda ilə səfərdə bərabərə qalmaq yaxşı nəticədir. Ümid edirəm ki, Bakıdakı oyun daha maraqlı keçəcək və bizim üçün uğurlu olacaq. Bunun üçün bütün gücümüzü sərf edəcəyik".

Xəbər 864 dəfə oxundu.