Teo Uiks: Qəbələ Lilldən qorxmur
"Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. O, bunları söyləyib:

"Rəqibimizə hörmətlə yanaşırıq, amma ondan qorxmuruq. Meydana çıxıb, öz oyunumuzu göstərmək istəyirik. Qarşılaşmaya tam hazırıq. Qrup mərhələsinə bir qədər də yaxınlaşmaq istəyirik. Bizi ağır oyun gözləyir. Amma mən komandamıza inanıram. İlk mərhələdən etibarən güclü rəqiblərə qalib gələrək, bu mərhələyə qədər irəliləmişik. "Lill" ilə oyuna da həm fiziki, həm də psixoloji cəhətdən tam hazırıq".

Xəbər 952 dəfə oxundu.