Qəbələ Lilldə dəstəksiz qalmayacaq
"Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün Fransanın "Lill" klubuna qarşı keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq. Komandamızı təxminən 50 azarkeşin dəstəkləməsi gözlənilir.

Avropada yaşayan həmyerlilərimiz artıq bununla əlaqədar kluba müraciət ediblər.

Xəbər 803 dəfə oxundu.