Qəbələ Fransa klubu ilə üz-üzə
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi - “Qəbələ” də növbəti sınağına çıxacaq. "Qırmızı-qaralar” Fransanın “Lill” klubunun qonağı olacaq.

Əvvəlki mərhələlərdə Gürcüstanın “Samtredia” və Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdıran Roman Qriqorçukun çalışdırdığı komandamız növbəti uğuruna imza atmaq istəyir. Amma bu dəfə rəqib daha güclü və ciddi komandadır.

Təmsilçimiz mərhələ adlamaq üçün öncə Fransadan sərfəli nəticə qayıtmalıdır. Belə olan halda bir həftə sonra Bakıda keçiriləcək cavab görüşündə növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətirə bilər.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsinin ilk oyunu
28 iyul

21:00. "Lill” - “Qəbələ”
Hakimlər: Daniel Stefanski, Rafal Rostkovski, David İqor Qolis, Zbiqnev Dobrınin (hamısı Polşa).
Lill. “Pyer Morua” stadionu.

Xəbər 742 dəfə oxundu.