“Qarabağ”–“Viktoriya” matçının başlama saatı məlum olub
Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Viktoriya” (Çexiya) cavab oyununun başlama saatı müəyyənləşib.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma avqustun 2-də saat 20:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Çexiyada keçirilən ilk matçda hesab açılmamışdı.

Xəbər 650 dəfə oxundu.