Qəbələnin rəqibi Seneqal yığmasının üzvü ilə gücləndi
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Lill" klubu heyətinə yeni futbolçu cəlb edib. Sözügedən klub Seneqal yığmasının yarımmüdafiəçisi Yunus Sankare ilə güclənib.

Onunla 2020-ci ilə qədər müqavilə imzalanıb. Yeni transferin "Qəbələ" ilə oyun üçün sifariş olunması da istisna edilmir.

Qeyd edək ki, "Lill" ilə "Qəbələ" arasındak ilk oyun sabah Lill şəhərində keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 805 dəfə oxundu.