Avropa çempionatında uğurla çıxış edən basketbolçularımız mükafatlandırılıb
İyulun 27-də Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarının üzvləri ilə görüş keçirib.

Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə ölkədə idmanın bu növünün inkişafı, populyarlığı və kütləviləşdirilməsi istiqamətində görülən fəaliyyət, eləcə də gələcək planlar haqda müzakirələr aparılıb.

San-Marinoda keçirilmiş qitə çempionatının “C” divizionunda birinci olan U-18 yığmamızın, Kiprdə təşkil edilən Avropa birinciliyində gümüş medal qazanan U-16 millimizin üzvləri federasiya tərəfindən diplom və qiymətli hədiyyələr ilə təltif olunublar.

Xəbər 856 dəfə oxundu.