Neftçi Şərursporla bərabərə qaldı
“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışını davam etdirir. Paytaxt klubunun əvəzediciləri hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçiriblər.

Sözügedən komanda “Şərurspor” klubu ilə qarşılaşıb. “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş 2:2 hesabı ilə nəticələnib. "Neftçi"nin heyətində hər iki qolu Ruzigar İbrahimzadə vurub.

Xəbər 668 dəfə oxundu.