Qarabağ Çexiyadan heç-heçə ilə qayıdır
Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə start verilib. Qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ" da mərhələnin ilk oyununda Çexiya çempionu "Viktoriya"nın qonağı olub.

Ağdam klubu səfərdən sərfəli nəticə ilə qayıtmağı hədəfləmişdi. Belə olan halda təmsilçimiz bir həftə sonra Bakıda keçiriləcək oyunda ÇL-in pley-offuna vəsiqə qazana bilərdi. Gərgin keçən 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Təəssüf ki, komandamız rəqibin son 15 dəqiqədə meydanda azlıqda olmasından da yararlana bilməyib. Bu üzdən də cütün taleyinə avqustun 2-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyunda aydınlıq gələcək.

Xatırladaq ki, "Qarabağ" ikinci təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ından güclü olmuşdu (evdə 2:0, səfərdə 1:1).

UEFA Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsinin ilk oyunu
26 iyul

"Viktoriya” - “Qarabağ” - 0:0
Sarı vərəqə: Y.Baranek, 28. M.Mədətov, 28. Y.Baranek, 75.
Qırmızı vərəqə: Y.Baranek, 75.
Hakimlər: Aleksandar Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Mekarovski (hamısı Makedoniya).
Plzen. “Dusan Arena”.

"Viktoriya": 1. Matuş Kozaçiç, 3. Aleş Mateyu, 4. Roman Hubnik (k), 7. Tomaş Horava, 8. David Limberski, 11. Milan Petrjela, 12. Mixal Duriş (15. Mixael Krmençik, 62), 17. Patrik Hroşovski, 19. Yan Kovarik (10. Yan Kopiç, 72), 22. Yan Baranek, 26. Daniel Kolar (2. Lukaş Heyda, 79).
Ehtiyat oyunçular: 13. Petr Bolek, 23. Marek Bakoş, 27. Rrantişek Raytoral, 29. Tomaş Kuçera.
Baş məşqçi: Roman Pivarnik.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Mişel, 9. Reynaldo, 11. Mahir Mədətov (10. Muarem Muarem, 46), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 79), 55. Bədavi Hüseynov, 99. Dani Kintana (22. Əfran İsmayılov, 67).
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbər 1106 dəfə oxundu.